Həkim: “Koronavirusun yeni ştammlarda yoluxuculuq 28 günə qədər davam edir”


“Koronavirus infeksiyasının əvvəlki növündə yoluxuculuq müddəti iki həftəyə qədər idisə, yeni ştammlarında bu müddət 28 günə qədər davam edir. Həmin müddət ərzində xəstələrdən götürülən testlərin müsbət çıxması normaldır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, test nəticəsinin pozitiv çıxması tənəffüs yollarında virusun olması deməkdir: “Yəni həmin xəstələrdə virus hələ də qalır. Odur ki, ehtiyatlı olmaq lazımdır. Həmin insanlar heç bir halda başqa şəxslərlə təmasda olmamalıdırlar. Heç kim düşünməsin ki, sağalıb və başqasını yoluxdurma ehtimalı yoxdur. Əksinə, proses hələ də davam edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu