Rəsulzadənin fransızca kitabı tərcümə edildi – İLK DƏFƏ

Xəbərin çap versiyası
Tarix: 25-06-2019, 15:03    |    Xəbər oxunub: 532 dəfə
Rəsulzadənin fransızca kitabı tərcümə edildi –


Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş “Azərbaycan mübarizə yolunda” adlı kitabı ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub. Kitabın tərcüməçisi Tural Mehbaliyevdir.

“Çapar” Yayınlarından verilən məlumata görə, Rəsulzadənin “Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda” kitabı “Azərbaycan Milli Nəşriyyatı” seriyasının 11-ci kitabıdır. Kitab Parisdə 1930-cu ilin sentyabr ayında nəşr olunub, cəmi 36 səhifədir. Əsər 13 bölmədən ibarətdir. Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhüriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir.

Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyerin adlarını müqayisəli şəkildə çəkir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. Azərbaycan teatrında isə Qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazır: “Azərbaycan teatrının repertuarında yüksək səviyyədə tərcümə olunmuş xarici tamaşalar da yer alırdı. Belə tamaşaların sırasında Şekspirin “Hamlet” və “Otello”sunu, Şillerin “Qaçaqlar”ını, İbsenin “Doktor Stokman”ını, Qoqolun “Müfəttiş”ini, Molyerin komediyalarını və bir çox başqa əsərlərin adını çəkmək olar”.

Kitabın yazıldığı 1930-cu il Azərbaycan üçün önəmli tarixdir. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır. 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Sovet dönəmində bu hərəkat haqqında bilgilər gizlədilsə də, mühacirət mətbuatında, xüsusilə də, “Odlu Yurd” dərgisində və “Bildiriş” qəzetində bu barədə kifayət qədər maraqlı məlumatlar var. Azərbaycanın demək olar ki, bütün bölgələrini bürüyən bu hərəkat qarşısında bolşeviklər bir müddət mübarizə apara bilmədilər. Amma bu fakt işğaldan 10 il ötməsinə baxmayaraq əhalinin mövcud rejimi qəbul etmədiyini göstərirdi. Rəsulzadə haqlı olaraq əsərində yazır: “Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər”.

Kitab Parisdə fransızca çap olunduğu üçün həm də çağdaş dünyaya ünvanlanıb. Təsadüfi deyil ki, Rəsulzadə Azərbaycan xalqının mübarizəsi haqqında bilgi verdikdən sonra yekunda yazır: “Sivil dünyanın nümayəndələri, indi söz sizindir. Qana bulanmış Azərbaycan digər Qafqaz xalqları ilə birlikdə sizin maddi olmasa belə, mənəvi dəstəyinizi və bu zülmə qarşı etirazınızı gözləyir”.

Kitab M.Rəsulzadənin doğumunun 135-ci ildönümünə həsr edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur