“Belə savadsız və böhtançı birini işə necə qəbul etmisiniz?” - Etibar Əliyev Kəmaləddin Heydərova müraciət etdi


“Belə savadsız və böhtançı birini işə necə qəbul etmisiniz?” -


31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış təhsil eksperti Etibar Əliyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib.



Namizəd nazirliyin əməkdaşının seçkiyə kobud müdaxiləsindən şikayətlənib: “Əməkdaşınız Mətin Quliyev (Fərəc Quliyevin oğludur) "Facebook" səhifəsində şəxsiyyətimi təhqir edən böhtan dolu yazılar paylaşır. Bu, dövlət məmurunun seçkiyə kobud müdaxiləsidir və qanunla qadağan olunur. Yəqin ki, 10 il deputat olmuş atası oğlunu belə çirkin işlərə cəlb edib.

Hörmətli Kəmaləddin müəllim! Tapşırıq verin, Mətin Quliyevin yazısını sizə təqdim etsinlər. Cümlə qura bilməyən, savadsız və böhtançı bir adamı nüfuzlu bir quruma necə işə qəbul etmisiniz!?”- deyə müraciətdə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu