TƏBİB-in şöbə müdiri: “ÜST-ün tövsiyələrinə uyğun olaraq, lokal qapanmalara gedirik”


“Biz daha çox lokal qapanmalara gedirik”.



APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.

Şöbə müdiri bu məsələdə ictimai qınağın da əsas rolu olduğunu deyib: “İctimai qınaq olmalıdır ki, Ordumuzu, özümüzü xəstəlikdən qoruyaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu