"Dilənçilik edən Ermənistanın bu qədər silah-sursatının olması sual doğurur" https://static.report.az/photo/efabc7e9-ba26-3509-b67a-9ed305e40a38_850.jpg


“Bu gün Ali Baş Komandan İlham Əliyevın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni qələbələr qazanır. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”.



Bunu AFN-ə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, güclü Ordumuzun və xalqın birliyinin məntiqi nəticəsidir:

“Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Füzuli şəhəri, Zəngilan şəhəri, Hadrut qəsəbəsi və 100-ə yaxın kənd düşmən işğalından azad edilib. Ordumuz tərəfindən düşmənə çox sarsıdıcı zərbələr endirilib, onların xeyli sayda hərbi texnikları məhv edilib. Prezident İlham Əliyev vaxtaşırı xalqımıza müraciətində və xarici medialarında müsahibələrində düşmənin sıradan çıxarılan hərbi texnikaları, qənimət kimi götürülən texnika, silah-sursatla bağlı məlumat verir. Ancaq maraqlıdır ki, dilənçilik etməklə, onun-bunun hesabına yaşamağa çalışan Ermənistanın bu qədər hərbi texnikası, silah-sursatı məhv edildikdən sonra yenə də onlarda hərbi texnika, silah-sursat mövcuddur. Bu, çox böyük sual doğuran bir məqamdır”.

Deputat bildirib ki, Azərbaycan bütün qayda-qanunlara, beynəlxalq norma və prinsiplərə uyğun olaraq ən müasir silahlar, hərbi texnikalar alıb:

“Azərbaycan güclü iqtisadiyyata malik olan bir ölkədir. Onun müasir silah-sursat, hərbi texnikaları almaq üçün kifayət qədər maddi imkanları var. Ancaq maraqlıdır ki, Ermənistan ordusunun dəyəri milyonlarla ölçülən hərbi texnikalarının, tanklarının vurulmasına baxmayaraq, ancaq yenə də bu kimi hərbi texnikalar onlarda var. Beynəlxalq normalara əməl etməyən Ermənistanın bu silahları, texnikaları haradan və necə aldığı haqlı olaraq hər bir kəsdə sual doğurur. Niyə onlara nəzarət olunmayıb? Bildiyiniz kimi ölkələrin silahlanması ilə bağlı məlumatların toplanması ilə məşğul olan beynəlxalq qurumlar, təsisatlar, strukturlar var. Maraqlıdır ki, niyə beynəlxalq strukturlar buna nəzarət etməyib?. Bu, bir daha göstərir ki, işğal olunmuş ərazilər nəzarətdən kənar zona olub. Azərbaycan bu məsələni mütləq qaldıracaq və müvafiq faktları təqdim edəcək. Tək Ermənistan yox, buna nəzarət etməyən beynəlxalq qurumlar da məsuliyyət daşıyır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu