Ön cəbhəyə könüllü yollanan yol polisi əməkdaşını siz də tanıyın - VİDEO


Döyüşlərdə iştirak etmək üçün könüllü şəkildə ön cəbhəyə yollanan yol polisi əməkdaşının videosu yayılıb.



Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımında xidmət edən Elçin Quliyev hal hazırda ön cəbhədə xüsusi təyinatlı bölmələrdə xidmət edir. O, çəkdiyi videoda Ali Baş Komandana, Daxili İşlər Naziri Vilayət Eyvazova, Bakı Şəhər DYP idarəsinin əməkdaşlarına və xüsusən də 10-cu tağımın komandiri İlqar Qasımova öz salamlarını çatdırıb. Döyüş bölgəsində əsgər kimi vətənini layiqincə qoruyan Elçin Quliyev bildirib ki, buradan sağ-salamat qayıtdıqdan sonra cənab nazirimiz rəva bilsə öz xidməti vəzifəmi yerinə yetirməkdə davam edəcəyəm.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu