Qarabağ müharibəsini işıqlandıran məşhur türk jurnalisti COVID-19-a yoluxdu


CNN Türk kanalının müxbiri Fulya Öztürk COVID-19-a yoluxub.

“Report”un məlumatına görə, bu barədə jurnalist özünün instaqramdakı səhifəsində bildirib.

O, Azərbaycandan Türkiyəyə ötən bazar günü qayıtdığını bildirib. Fulya Öztürk qeyd edib ki, həmin gün verdiyi koronavirus testinin nəticəsi mənfi olub. Lakin sonradan onda COVID-19 aşkarlanıb.

Xatırladaq ki, Fulya Öztürk Azərbaycanda 44 günlük müharibənin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirak edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu