Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT"-a köçürdü


Dövlət Miqrasiya Xidməti də "YAŞAT" Fonduna dəstək olub.



AFN xəbər verir ki, fonda Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən bütün rəhbər heyətin bir aylıq vəzifə maaşlarının 50%-i həcmində ianə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılmış “YAŞAT” fonduna bir çox dövlət qurumları və özəl şirkətlər dəstək olmağa davam edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu