Baş Prokurorluq əməkdaşları “YAŞAT” Fonduna pul köçürüb
Azərbaycan Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.
Bu barədə AFN-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəlmişlər", - Mətbuat Xidmətindən bildirilib.