YUNESKO-ya salınan Çövkən oyunu ölür, atçılıq məhv edilir - bir qrup atçı olkə rəhbərliyinə müraciət etdi


Bir qrup atçı Azərbaycan Respublikası Atçılıq Federasiyasının bu sahəni bərbad günə salmasına etiraz əlaməti olaraq mərbuat konfarnsı keçirib.
AFN-in xəbərinə görə, mətbuat konfransında bildiriilb ki, ölkədə atçılıq tamaməmilə sıradan çıxıb.


Son illər acınacaqlı duruma düşdüklərini deyən "Xan-xan" Atçılıq İdman Klubunun rəhbəri Rəşad Əhmədov qeyd edib ki, Qarabağ, Dilboz, həmçinin yarışlarda iştirak etmək üçün ingilis atları yetişdirir: "Atlarımız əsasən cıdır yarışlarında iştirak edirdi. Yarışlardan qazandığımız müəyyən vəsait hesabına həm atları, həm də özümüzü güclə də olsa saxlayırdıq. Hazırda iki ildir yarışlar keçirilmir. Ona görə də atlara yem ala bilmirik, məcburən atları dəyər-dəyməzinə adi insanlara, məsələn Gürcüstanda yaşayan kənd adamlarna satırıq, onlar da həmin cins atları kənddə-kəsəkdə işlədirlər. 50-100 min dəyərində olan atlarımızı 3-5 min manata Gürcüstana satmaq məcburiyyətinə düşmüşük. Son 10 ildə 30-dan çox ən gözəl atlarımızı Gürcüstandan gəlib alıb aparıblar".
R.Əhmədovun sözlərinə görə, pandemiya zamanı dövlət səviyyəsində tamaşaçıların iştirakı olmadan at yarışlarının keçirilə biləcəyinə göstəriş verilsə də, yarışlar yenə keçirilməyib: "Atçılıq Federasiyası cıdır yarışlarından tam imtina edib. Bu işə Kənd Təsərrüfatı Nazirliyinin nəzarət edəcəyi deyilir. Biz nazirliyin məsul şəxsləri ilə görüşmüşük, deyiblər ki, yarışlar bərpa ediləcək və vəziyyət əvvəlki qaydasından da daha yaxşı olacaq. Əvvəllər il ərzində 10-15 yarış olurdu. Yarışlar Binə Atçılıq Mərkəzində keçirilirdi. Tamaşaçıların çox böyük marağı var idi. Əvvəllər şəhərin mərkəzində keçirilirdi, onda 10 minlərlə insan gəlirdi. Son illər Binədə keçirilən yarışlara tamaşaçı sayı azalmışdı, buna baxmayaraq yarışlar keçirilir, 5-10 manat pul qazana bilirdik. Ümumiyyətlə, hazırda nə bizə hörmət qoymurlar, nə atçılara, nə at saxlayanlara, nə atlara. Vəziyyət çox ağırdır. Biz ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik ki, atçılıq tam məhv olub. Atçılıq bizim türklüyümüzün göstəricisidir. Hazırda iki atçılıq zavodu tikilib və orda yaxşı atlar yetişdirilir. Onlarla əlaqəmiz var, ancaq o atları harada sürək? Yarışlar olmadığına görə biz də dolana bilmirik, heç bir işimiz, gücümüz yoxdur. Bu sahəyə heç kim nəzarət etmir. Yeni kadrlar yetişmir. İppadromumuz yoxdur. Bizi Binədən çıxartdılar, şəhər ippodromu da çox bərbad gündədir, oranın təmirinə yüz minlərlə pul lazımdır. Jokeylər, məşqçilər, çaparlar işsiz-gücsüz qalıblar. İldə bir dəfə Çövkən yaraşı keçirirlər, 5-6 komanda iştirak edir. Əvvəllər isə 15-ə yaxın komanda olurdu. Yəni ki, atçılığın başında dayananlar, gözdən pərdə asırlar".

Atüstü Milli Çövkən oyunlarının iştirakçısı Xəyal Abdurrəhmanov Atçılıq Federasiyasının ünvanına tənqidlər səsləndirib. Bildirib ki, 2011-ci ildə Prezident Kuboku uğurunda keçirilən Atüstü Milli Çövkən oyunlarında birinci yerə layiq görülüb, 2019-cu ildə də həmçinin qalib olub: "Təsəvvür edin, yarış bitdi, bizi işdən çıxartdılar. Səbəb kimi göstərdilər ki, daha yarış yoxdur, bizə lazım deyilsiz. Bizim Federasiya Dövlət Sərhəd Qoşunlarına tabedir. Onlar dövlət rəhbərliyinin gözündən pərdə asmağa çalışırlar. İldə bir dəfə iki komanda ilə Çövkən yarışı keçirib, demək istəyirlər ki, Azərbacanda atçılıq var. Belə etməklə hansı məqsəd güddüklərini də bilirk. Ancaq imkan verə bilmərik ki, Azərbaycana məxsus atçılığı tamam məhv etsinlər. Hazırda biz heç kimə lazım deyilik. Federasiya rəsmilərinə müraciət edib deyirəm ki, bütün nəsillikcə atçıyıq, bundan sonra gedib nə işləyim, necə dolanım? Cavab vermirlər, sanki divara deyirik. Dekabrda Çövkən yarışı olacaq, indi bizi yığırlar ki, bir-iki gün oynayaq, onlar da dövləti aldatsınlar. Federasiya son 10 ildə bir dənə yerli cins at yetişdirməyib, bir jakey yaranmayıb. Elə atçılar var ki, atlarını qoyub gediblər. 10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyi atlara, atçılara yaxşı baxırdı. İndi atlar da acından ölür, atçılar da. Bir yarışda 23 min manat pul udmuşduq, yarısını Federasiyaya veririk, yarısı da aramızda bölünür. İndi hesablayın, bir ildə həmin məbləği aya böləndə nə qədər edir. Federasiyada bir nəfər də atçı yoxdur. Heç vaxt at minməyən adamı məşqçi qoyurlar. Gör nə gündəyik. Əsl atçılar çox pis yaşayırlar. Məşhur atçılar yoxa çıxıblar, çox ağır vəziyyətdə yaşayırlar. Necə olur, bizim atçılar Türkiyədə, ABŞ-da, müxtəlif ölkələrdə bir nömrəli atçı olurlar, bzidə isə heç kimə lazım deyillər. Hamımız xaricdən təklif gözləyirik. Belə də o qədər təklif olub ki, sadəcə milli atlarımızı atıb çıxıb gedə bilmirik. Atları təmizləməyə belə yerimiz yoxdur. Mehriban xanım min bir əziyyətlə Çövkən oynunu Azərbaycanın milli atüstü oyunu kmi YUNESKO-nun siyahısına saldırdı. İndi Çövkən oynayan idmançı da yoxdur, at da. Hamısı fəhlə işləyir, sənətlərini atıblar. Günahların hamısı Atçılıq Federasiyasının rəhbərliyindədir. Mən üzümü dövlət rəhbərliyinə tutub deyirəm: YUNESKO-ya salınan Çövkən oyunu ölür. Bizə kömək edin. Yarış olmayanda seleksiya aparmaq olmur. Yaxşı və pis atlar bir-birinə qarışır, sonra biz onları kor-koranə cütləşdirəcəyik və nə cinsi alınacağını da bilməyəcəyik. Beləliklə də cins atların nəsli kəsiləcək".
Respublika Atçılıq Turizm Mərkəzinin rəhbəri Rafiq Ramazanov da sahəyə biganə münasibətdən şikayətçidir. Onun sözlərinə görə, hazırda atçılıq və onunla əlaqədar olan bütün sahələr tənəzzül dövrünü yaşayır. Bu sahəyə diqqətsizlik həm cins atların nəslinin kəsilməsinə səbəb olur, həm sahənin mütəxəssisləri sıradan çıxır, həm də atüstü yarışlar unudulub gedir. Ona görə də yaxın müddətdə atçılığın inkişafına nəzarət hansısa quruma həvalə olunmalı, dövlət tərəcfindən sahənin inkidafina maliyyə ayrılmalıdır. Əks halda, Azərbaycanda atçılıq geriyə dönüşü olmayan bir vəziyyətlə üzləşəcək.

Fəxriyyə ABDULLAYEVA










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu