"Brent" markalı neftin bir bareli 114 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 114,13 dollar səviyyəsində qərarlaşıb. 

AFN.az xəbər verir ki, ötən günü 113,81 dollara qədər yüksəldikdən sonra 110,44 dollarla başa vuran "Brent" nefti bu gün saat 10:31 radələrində əvvəlki bağlanış qiyməti ilə müqayisədə 3,34 faiz bahalaşaraq 114,13 dollara çatıb.

Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli isə 110,20 dollardan alıcı tapıb.

Qiymətlərin artmasına əsas səbəb kimi ABŞ və İrandan gələn qarşılıqlı sərt bəyanatların regionda gərginliyin davam edəcəyi və qlobal neft tədarükündəki daralmanın uzun sürəcəyi ilə bağlı gözləntiləri gücləndirməsi göstərilir.

Mütəxəssislər "Brent" nefti üçün texniki baxımdan 119,69 dolların müqavimət, 98,67 dolların isə dəstək zonası olaraq izlənilə biləcəyini qeyd edirlər.

Hazırda bazarlarda Hörmüz boğazındakı blokada və qarşıdakı dövrdə tədarük zəncirində yarana biləcək digər axsamalar diqqət mərkəzindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu