Almaniyada qozbel balinanın xilas edilməsi əməliyyatı başa çatıb


Almaniyanın Baltik dənizi sahillərində beş həftədən çox dayazlıqda qalan qozbel balinanın xilas edilməsi əməliyyatı uğurla yekunlaşıb.

AFN.az BBC-yə istinadən xəbər verir ki, aprelin 28-də balina xüsusi barjaya yerləşdirilərək Şimal dənizinə doğru aparılıb. İki alman sahibkar tərəfindən maliyyələşdirilən və ekoloqların nəzarəti altında keçirilən əməliyyatda balinanı sahildən uzaqlaşdırmaq mümkün olmadıqda, o, su ilə dolu xüsusi gəmiyə cəlb edilib.

Mütəxəssislər 4–6 yaşlı balinanın taleyinin hələ də qeyri-müəyyən qaldığını bildirirlər. Belə ki, uzun müddət dayazlıqda və qida çatışmazlığı şəraitində qalan canlının açıq dənizdə sağ qalmaq şansı elmi dairələrdə müzakirə mövzusudur.

Qeyd edək ki, qozbel balinaların Baltik dənizinin dayaz sularına daxil olması nadir hadisə hesab olunur və adətən naviqasiya xətaları nəticəsində baş verir. Almaniyanın dəniz bioloqları canlının vəziyyətini izləmək üçün ona xüsusi izləmə cihazı yerləşdirməyi də nəzərdən keçirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu