Yeni Zelandiyada körpüdə ilişib qalan balina estakada sökülərək xilas edilib


Yeni Zelandiyanın Kavau adasında körpünün altında qalan balaca mavi balina estakada sökülərək xilas edilib.



Radio New Zealand (RNZ) xəbər verir ki, uzunluğu təxminən 15 metr olan balaca mavi balina sentyabrın 16-da adanın Schoolhouse Bay bölgəsindəki estakadanın altında ilişib qalıb.

Ölkənin Mühafizə Departamentinin (DOC) rəsmiləri və texniki ekspertlər cavan balinanı xilas etmək üçün estakadaya gəliblər.

Səlahiyyətlilər estakadanı sökdükdən və balinanı ilişdiyi yerdən çıxmağa yönəltdikdən sonra balaca mavi balina dərin sulara doğru üzüb.

DOC rəsmiləri vəziyyəti olduqca gözlənilməz adlandırıb və oxşar vəziyyətin qarşısını almaq üçün sakinlərdən yaxın günlərdə ərazidə gördükləri balinalar barədə məlumat vermələrini xahiş ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu