Balinalar buzların arasında sıxışıb qaldı
Yaponiyanın şimalındakı Hokkaydo sahillərində 10 balina buzların arasında sıxışıb qalıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Şiretoko yarımadasının Rausu bölgəsindən 1 kilometr aralıda balinalar aşkar edilib.
10 balinadan ibarət sürü donmuş su səthində sürüşən buz təbəqələri arasında qalıb.
Rausu bölgəsi rəsmiləri verdiyi açıqlamada gəmilərin xilasetmə əməliyyatı üçün balinalara kifayət qədər yaxınlaşa bilmədiyini bildirib.
Kushiro Yerli Meteorologiya Bürosu, "Hazırda temperatur aşağıdır və balinalar sürüşən buz təbəqələri arasında sıxışmış ola bilər" deyə bəyanat verib.
Dövlət televiziyası NHK tərəfindən yayımlanan videoda balina sürüsü buz təbəqələri arasında şaquli şəkildə hərəkət edir.