Rus casusu olmaqda şübhəli bilinən ağ balina güllələnib


Norveçdə casus kimi yetişdirildiyi iddia edilən ağ balina güllələnərək öldürülüb. Heyvan haqları müdafiəçiləri hadisə ilə bağlı cinayət işi açılmasını tələb ediblər.



Norveçdə fəaliyyət göstərən NOAH və One Whale heyvanların hüquqlarının müdafiəsi təşkilatları Norveç polisindən hadisə ilə bağlı rəsmi təhqiqat başlatmasını tələb edərək şikayət edib.

İlk dəfə 2019-cu ildə Norveçin şimalındakı Finnmark sahillərində görünən və üzərində xüsusi qoşqu olan balina Rusiya tərəfindən yetişdirilmiş casus ola biləcəyi şübhəsi ilə gündəmə gətirilmişdi.

Keçən şənbə günü Norveçin cənub-qərbindəki körfəzdə Hvaldimir adlı ağ balina ölü tapılıb. Bazar ertəsi yarılma üçün Norveç Baytarlıq İnstitutuna aparılan Hvaldimirin cəsədində çoxlu güllə yaraları aşkar edilib.

Polis rəsmiləri bildiriblər ki, şikayət onlara daxil olub və hadisə ilə bağlı araşdırma başlayıb-başlamayacağını qiymətləndirirlər. Yarılma hesabatının yaxın üç həftə ərzində tamamlanacağı gözlənilir.

Mənbə: AFP



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu