Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib
Norveçin vəliəhd şahzadəsi Mette-Maritinin böyük oğlu həbs edilib.
Bu barədə Daily Mail yazıb.
27 yaşlı Marius Borg Hoibinin dəmir barmaqlıqlar arxasına salınması ilə nəticələnən hadisə avqustun 4-ü bazar günü axşam saatlarında baş verib. Belə ki, bir qadın polislə zəng vuraraq, Hoibinin ona fiziki və psixoloji hücum etdiyi barədə məlumat verib. Çağırışa gələn polis qadının mənzilinin dağıldığını müəyyən edib. Qadın beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib və bazar ertəsi səhər evə buraxılıb.
Hoiby həbs olunub və ondan narkotik testi üçün qan götürülüb. Bundan sonra o, 30 saat təkadamlıq kamerada saxlanılıb. Hoibyə qarşı cinayət işi açılacağı gözlənilir.
Vəliəhd şahzadə Mette-Marit Norveç taxt-tacının varisi, Norveç vəliəhdi Hokonun həyat yoldaşıdır. Oğlu Marius Borg Hoiby evlənməmişdən əvvəl doğulub və Hakonun ögey oğludur.