Şahzadə Rza Pəhləvi İsrailə səfər edəcək


İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamliel İranın son Şah Pəhləvi sülaləsinin başçısı, hazırda ABŞ-da yaşayan İran vəliəhdi Şahzadə Rza Pəhləvi ilə görüşəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, şahın varisi İsrailə rəsmi səfərə hazırlaşır. İsrail mediasında bu səfərin "İsrail və İran xalqları arasında münasibətlərin gücləndirilməsi" məqsədini daşıdığı bildirilir. Bildirilir ki, nazir Qamliel İsrail və İran xalqı arasında körpü yaratmaq məqsədilə İranın vəliəhd şahzadəsi Rza Pəhləvini İsraildə qəbul edəcək. Görüş zamanı İranda insan haqları ilə bağlı vəziyyətin müzakirəsi də aparılacaq.

"İranın vəliəhdi Rza Pəhləvini qəbul etmək mənim üçün böyük şərəfdir və onun ilk dəfə İsrailə səfər etmək kimi cəsarətli qərarını yüksək qiymətləndirirəm", - nazir mətbuata açıqlamasında deyib. Səfər çərçivəsində Rza Pəhləvi Holokost qurbanlarının Beynəlxalq Anım Günü şərəfinə keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək, İsrailin su təchizatı texnologiyaları ilə tanış olmaq üçün duzsuzlaşdırma zavoduna baş çəkəcək, Bəhai dini icmasının üzvləri və yəhudi-iran icması ilə görüşəcək.

Vəliəhd şahzadə 1979-cu ildə İranda baş verən İslam İnqilabından sonra ailəsi ilə birlikdə ölkəni tərk edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu