Baltik dənizində xilas edilən donqar balina yenidən "ilişib"


Baltik dənizində dörd gün ərzində xilas edilməsi üçün mübarizə aparılan təxminən 15 tonluq donqar balina yenidən dayazlıqda ilişib qalıb.

"Bild" qəzetinin məlumatına görə, heyvan Vismar körfəzində müşahidə edilib. Hadisə yerinə artıq polis və heyvan hüquqları müdafiəçiləri cəlb olunub.

Qeyd edək ki, martın 23-də qum laptasında aşkar edilən balinanı xilas etmək üçün ekskavatorlarla xüsusi kanal qazılmışdı. Heyvan martın 27-nə keçən gecə müstəqil şəkildə açıq sulara çıxa bilsə də, sonradan yenidən sahilə yaxınlaşaraq çətin vəziyyətə düşüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu