Makron Britaniya kralının zarafatına yumorla cavab verib
Fransa prezidenti Emmanuel Makron, Ağ Evdə Kral III Çarlz və Donald Trampın iştirakı ilə keçirilən ziyafətdə səslənən zarafata "X" sosial şəbəkəsində reaksiya verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Kral III Çarlzın "Britaniya olmasaydı, amerikalılar yəqin ki, fransızca danışardılar" sözlərinə Makron ironiya ilə belə cavab verib: "Bu, çox qəşəng olardı!"
Britaniya monarxının səfəri ABŞ-ın müstəqilliyinin 250 illiyi və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə həsr olunub. Ziyafət zamanı səslənən bu yumoristik dialoq qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, ABŞ-ın müstəqillik tarixində Fransanın dəstəyi mühüm rol oynayıb və Makronun bu reaksiyası həm tarixi keçmişə, həm də müasir diplomatik münasibətlərə zərif bir işarə kimi qiymətləndirilir. "X" istifadəçiləri Makronun çevik və yumoristik cavabını yüksək qiymətləndiriblər.


