Britaniya Kralı III Çarlzın ABŞ səfərindəki kinayələri sosial medianın gündəminə düşüb
Böyük Britaniya Kralı III Çarlzın ABŞ-a səfəri çərçivəsində etdiyi çıxışlarda ABŞ Prezidenti Donald Trampa ünvanladığı iynəli sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
AFN.az xəbər verir ki, Kral III Çarlzın həm Konqresdəki müraciəti, həm də şərəfinə verilən ziyafətdəki çıxışı zamanı istifadə etdiyi kinayəli ifadələr diqqətdən yayınmayıb. Çarlz Konqresdəki çıxışında irlandiyalı yazıçı Oskar Vaylda istinad edərək, ABŞ ilə hər şeylərinin ortaq olduğunu bildirib, lakin dil istisna olmaqla zarafatını edib.
Şərəfinə verilən ziyafətdə isə Kral Trampın İkinci Dünya müharibəsini xatırladaraq "ABŞ olmasaydı, Avropa ölkələri almanca danışardı" fikrinə reaksiya verib. Çarlzın "Biz olmasaydıq, bəlkə də siz fransızca danışardınız, deyə bilərəmmi?" ifadəsi salonda böyük gülüşə səbəb olub, bu zaman Prezident Trampın da gülümsədiyi müşahidə edilib. Kral həmçinin Trampa İkinci Dünya müharibəsi dövrünə aid Britaniya sualtı qayığı "HMS Trump"ın orijinal zəngini hədiyyə edərək, "Əgər bir gün bizimlə əlaqə saxlamalı olsanız, zəngi çalmağınız kifayətdir" deyə kinayəli şəkildə bildirib.
Kral Çarlzın bu sözləri sosial media hesablarında dəfələrlə paylaşılaraq maraqla qarşılanıb.

