İngiltərədə kral Çarlzın portreti olan əskinaslar dövriyyəyə buraxılıb


İngiltərədə üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 lirəlik əskinaslar dövriyyəyə buraxılıb.


İngiltərə Bankının (BoE) verdiyi açıqlamaya görə, Kraliça II Yelizavetanın portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək. Köhnəlmiş əskinasların yerinə yeni əskinaslar buraxılacaq və əskinaslara olan ümumi tələbat artacaq. Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.

Mövzu ilə bağlı açıqlama verən BoE Qubernatoru Endryu Beyli əskinasların tədavülə girməsindən məmnun olduqlarını bildirib: “Bu, tarixi bir andır, çünki biz ilk dəfə əskinaslarımızdakı hökmdarı dəyişirik. Nağd pulun bir çox insanlar üçün vacib olduğunu bilirik və ictimaiyyət bunu tələb etdiyi müddətcə əskinasları təqdim etməkdə qərarlıyıq". Yeni pul nişanlarının dövriyyəyə buraxılması bu qətiyyətin göstəricisidir".

Kral Çarlzın portreti olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu