Kral III Çarlzdan Trampa cavab: Kanada azad və suverendir

İngiltərə Kralı III Çarlz Kanada parlamentindəki çıxışında ABŞ Prezidenti Donald Trampın Kanadanı ilhaq etmə hədəsinə münasibətini ifadə edib.
Ad çəkmədən Trampı sakit bir dillə tənqid edən Çarlz, Kanadanın Kanada olaraq qalacağını bildirib.
Çarlz “Demokratiya, plüralizm, hüququn aliliyi, öz müqəddəratını təyin etmə hüququ və azadlıq – bunlar kanadalıların dəyər verdiyi və hökumətin qorumaqda qərarlı olduğu dəyərlərdir” deyib.
Kanadanın güclü və azad quruluşuna diqqət çəkən İngiltərə Kralının taxtda oturaraq etdiyi çıxışda “Kanadanın Kanada olaraq qalacağına” vurğu etməsi parlament üzvləri tərəfindən alqışlarla qarşılanıb.
Təxminən yarım saat davam edən çıxışında İngiltərə Kralı yalnız suverenliyə deyil, həm də uyğun qiymətli mənzil, ətraf mühit, Kanada yerli xalqlarının problemləri və sərhəd təhlükəsizliyi kimi mövzulara da toxunub.
Çarlzın çıxışı ABŞ Prezidenti Trampın Kanadanı 51-ci ştat etmək barədə dəfələrlə verdiyi açıqlamalara cavab kimi qiymətləndirilib.
İngiltərə Kralı III Çarlz hazırda Kanada, İngiltərə, Avstraliya, Yeni Zelandiya, Karib hövzəsi və Sakit okeandakı bir neçə kiçik ölkə daxil olmaqla 16 ölkənin dövlət başçısıdır.