Kanadalı nazirlər Floridada Trampin nümayəndələri ilə danışıqlar aparıblar

Kanadanın yeni maliyyə naziri Dominik LeBlan və ölkənin xarici işlər naziri Coli ABŞ-ın Florida ştatında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın köməkçiləri ilə görüşüb. Onlar yeni ticarət tariflərinin tətbiqi risklərini müzakirə ediblər.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" Kanada hökumətinə istinadən məlumat yayıblar.
Qeyd edək ki, Tramp ABŞ-a miqrant və fentanil axınını azaltmasa, yanvar ayında vəzifəyə başladıqdan sonra Kanadadan idxala 25% rüsum tətbiq edəcəyini bildirib.
LeBlanın ofisi görüşdən sonra bildirib ki, o, Trampın ticarət naziri vəzifəsinə namizədi Hovard Lutnik və daxili işlər naziri vəzifəsinə namizəd Duq Burqum ilə müsbət və məhsuldar müzakirələr aparıb.
Kanada tərəfinin bəyanatında qeyd edilir ki, görüşdə Kanadanın fentanil qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə səyləri müzakirə edilib, nazirlər Kanadanın bununla bağlı səylərini açıqlayıb və danışıqları yaxın həftələrdə davam etdirməyə razılaşıblar.