Kanada SEPAH-ı terror təşkilatları siyahısına salır


Kanada hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunu (İran Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) terror təşkilatı kimi tanıyıb.


Bunu jurnalistlərə açıqlamasında ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan deyib.

“Hökumətimiz İslam İnqilabı Keşikçiləri Korpusunu [Kanada Cinayət Məcəlləsinə əsasən terror təşkilatı kimi tanımaq qərarına gəlib" - deyən nazirin sözlərinə görə, bu cür hərəkətləri ilə Ottava Kanadanın SEPAH terror təşkilatı ilə mübarizə üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyinə dair aydın siqnal göndərmiş olur.

Leblan qeyd edib ki, hakimiyyət Kanada kəşfiyyat xidmətlərinin tövsiyəsi, həmçinin xarici siyasət mülahizələri əsasında SEPAH-ı terror təşkilatları siyahısına salmaq qərarına gəlib. Onun sözlərinə görə, Ottava kəşfiyyat xidmətlərindən bunun edilməsi lazım olduğuna dair inandırıcı sübutlar alıb.

Kanadanın xarici işlər naziri Mélanie Joly, öz növbəsində, İrandakı bütün kanadalıları mümkün qədər tez evlərinə qayıtmağa, ora getmək niyyətində olanları isə bu cür planlardan çəkinməyə çağırıb. O, xatırladıb ki, Ottava Tehranla diplomatik münasibətləri kəsib, ona görə də öz vətəndaşlarına heç bir yardım göstərə bilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu