Kanada SEPAH-ı terror təşkilatı kimi tanıdı


Kanadanın Ontario Ali Məhkəməsi İran İnqilabının Keşikçiləri Korpusunu terror təşkilatı elan edib.


AFN.az xəbər verir ki, bu qərar kanadalı mərhum vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcu ilə bağlı iş üzrə çıxarılıb. Hakim bu borcun ödənilməməsinə qərar verib. Buna səbəb İran şirkətinin sahibi Babək Zəncaninin SEPAH-ı maliyyələşdirməkdə ittiham olunmasıdır.
Məhkəmə bildirib ki, borcun ödənilməsi Kanadanın antiterror qanunlarını poza bilər.
Qeyd edək ki, Kanada bundan əvvəl SEPAH-ın qollarından biri olan Qüds Qüvvələrini də terror təşkilatı kimi tanıyıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu