Almaniya SEPAH-ı terrorçu təşkilat elan edə bilər


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) adının terror qruplaşmaları siyahısına salınması ilə bağlı Avropada müraciətlər artıb.


AFN.az xəbər verir ki, Britaniya parlamenti bu ölkənin hökumətindən SEPAH-ı terrorçu qruplar siyahısına daxil etməyi tələb etdikdən sonra Almaniyadakı bir qrup siyasi fəal da öz ölkələrinin parlamentinə həmin hərbi quruma qarşı oxşar addım atmaq üçün müraciətlər edib.
Bu tələblər Britaniya hökumətinin yaxın gələcəkdə SEPAH-ı terror təşkilatları siyahısına salmağı planlaşdırdığına dair xəbərlərdən sonra irəli sürülür.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu