Tramp Trüdonu yenidən qubernator adlandırıb


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu növbəti dəfə qubernator adlandırıb.



Donald Tramp "Truth Social" adlı sosial media hesabından verdiyi açıqlamada "Maliyyə nazirinin istefa verməsi və ya qubernator Castin Trüdo tərəfindən işdən çıxarılmasına böyük Kanada əyaləti mat qalıb" qeyd edib.

Trüdonu qubernator adlandıraraq ələ salan Tramp Kanadanın baş nazirinin müavini və maliyyə naziri vəzifələrində çalışmış, lakin dünən istefa verən Kristia Frilandın davranışının zərərli olduğunu bildirib.

Tramp Kanada üçün işlətdiyi böyük əyalət ifadəsini də təkrarlayıb.

Xatırladaq ki, Donald Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı. Trüdo da öz növbəsində verginin 25 faiz artırılmasının Kanada iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.

Qeyd edək ki, Friland dekabrın 16-da ölkə üçün ən yaxşı yolda artıq Trüdo ilə eyni fikirdə olmadığını bildirərək, nazirlər kabinetindən istefa verdiyini elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu