Hovard Lutnik: Kanada 51-ci ştat olmalıdır

ABŞ-ın ticarət naziri Hovard Lutnik Kanada və ABŞ iqtisadiyyatlarını birləşdirməyin ən yaxşı yolunun Kanadanın 51-ci ştat olması olduğunu deyib.
"The Hill"in məlumatına görə, "Fox Business" kanalında "Varney & Co" proqramına qatılan Lutnik ABŞ və Kanada iqtisadiyyatları ilə bağlı qiymətləndirmələr aparıb.
Lutnik Kanadanın 51-ci ştata çevrilməsinin Kanada və ABŞ iqtisadiyyatlarını inteqrasiya etmək üçün ən yaxşı yol olduğunu müdafiə edib.
Kanadanın ABŞ ilə işləməsini təklif edən Lutnik, "ABŞ-ın 51-ci ştatı olmanın inanılmaz üstünlüklərini düşünməlidirlər" deyib.