ABŞ 2029-cu ilə qədər Aya eniş planlaşdırır


ABŞ Prezidenti Donald Tramp amerikalı astronavtların 2029-cu ilə — onun ikinci prezidentlik müddətinin sonuna qədər Aya enmə ehtimalının yüksək olduğunu bildirib.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Artemis-2" missiyasının heyəti ilə Oval kabinetdə görüşən Tramp qeyd edib ki, Ay proqramı üzrə işlər "qrafiki qabaqlayır" və ABŞ-ın bu planları reallaşdırmaq üçün "yaxşı şansları" var.

NASA rəhbəri Cared Ayzekman isə agentliyin real plana sadiq qaldığını bəyan edib: 2027-ci ildə "Artemis-3" missiyasının işə salınması, 2028-ci ildə isə astronavtların Aya enməsi üçün iki imkan nəzərdə tutulur.

Tramp Ay proqramının təkcə elmi deyil, həm də strateji əhəmiyyət daşıdığını vurğulayıb: "Biz kosmosa qayıdırıq və bunu hər kəsdən daha yaxşı və daha sürətli edəcəyik". Qeyd edək ki, "Artemis" proqramı çərçivəsində insanın sonuncu dəfə 1972-ci ildə ayaq basdığı Ay səthinə yenidən qayıdış hədəflənir. NASA-nın yeni rəhbərliyi isə özəl sektorla əməkdaşlığı artıraraq bu prosesi sürətləndirmək niyyətindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu