NASA-nın "Artemis" proqramı üçün planlaşdırılan tarixlər təxirə salınıb


ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) aya dönüş layihəsi olaraq bilinən "Artemis" proqramı üçün planlaşdırılmış tarixlərin kosmos kapsulunda yarana biləcək problemlər səbəbiylə təxirə salındığını açıqlayıb.



"Space.com" saytında yer alan xəbərə görə, NASA prezidenti Bill Nelson mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

Nelso "Artemis" proqramı çərçivəsində 1972-ci ildən bu yana həyata keçiriləcək ilk ekipajlı ay missiyası olan "Artemis" II-nin sentyabr 2025-də gerçəkləşdirilməsi planlaşdırılan tarixinin 2026-cı ilin aprelindən sonraya, 2026-cı ildə aya enişi planlaşdırılan "Artemis" III missiyasının isə 2027-ci ilə təxirə salındığını bildirib.

Nelson bu gecikmələrin 2022-ci ildə "Artemis" I sınaq uçuşu zamanı ekipajsız buraxılan "Orion" kapsulunun yerə dönərkən istilik qoruyucusunda yaranan problemlərlə bağlı olduğunu bildirib.

NASA-nın astronavtların aya qayıtmaq məqsədinə çatarkən qarşılaşa biləcəkləri riskləri anlamaq üçün geniş sınaqlar keçirdiyini qeyd edən Nelson, bu sınaqların kosmik gəmidə meydana gələn istilik qalxanı problemlərinin təməl səbəbini müəyyən edəcəyini ifadə edib.

Nelson NASA-nın raket yanacağı və içməli suya çevrilə bilən qiymətli su buzu anbarlarına ev sahibliyi etdiyi güman edilən ayın cənub qütbünə astronavt göndərmək məqsədini də vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu