Tramp Almaniyadan sonra İspaniya və İtaliyadakı ABŞ əsgərlərini də geri çəkə bilər



ABŞ Prezidenti Donald Tramp Almaniyanın ardından İspaniya və İtaliyadakı Amerika hərbçilərini də geri çəkməyi nəzərdən keçirə biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Tramp Oval Ofisdə prezident fərmanının imzalanma mərasimindən sonra İranla bağlı gündəmdəki əsas mövzulara toxunub. O, Almaniyadakı ABŞ qoşunlarının çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırarkən İspaniya və İtaliya üçün də bənzər bir addımın atıla biləcəyini qeyd edib. NATO-nun İran məsələsində ABŞ-a heç bir dəstək vermədiyini müdafiə edən dövlət başçısı sözügedən iki ölkədən hərbi qüvvələrin çəkilməsi barədə danışarkən İtaliyanın onlara kömək etmədiyini, İspaniyanın isə çox pis davrandığını bildirərək bu qərarın mümkünlüyünü vurğulayıb.

Prezident ABŞ-ın Ukraynaya görə Avropa ölkələrinə ciddi dəstək verdiyini, lakin İran məsələsində eyni qarşılıqlı yardımı görmədiklərini bildirərək ehtiyac duyulduğu anlarda həmin ölkələrin yanlarında olmadığını xatırladıb. Keçmiş Prezident Co Baydenin Ukraynaya 350 milyard dollar verməsini ağılsızlıq adlandıran Tramp bu maliyyə dəstəyinin müharibənin uzanmasının əsas səbəblərindən biri olduğunu iddia edib. Eyni zamanda Almaniya Kansleri Fridrix Mersə qarşı tənqidlərini davam etdirən Tramp onun miqrasiya və enerji kimi daxili problemlərlə bərbad şəkildə məşğul olduğunu, İranın nüvə silahı təhlükəsinə biganə qaldığını və Almaniyanın diqqətini İran əvəzinə Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasına yönəltməli olduğunu ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu