Britni Spirs ölə bilər: dostları narahatdır
Britni Spirsin psixi sağlamlığı və narkotik asılılığı problemləri şiddətlənib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin vəziyyətinin ağırlaşdığını görən dostları müdaxilə etməyi planlaşdırırlar. Yaxınların onun ölə biləcəyindən ehtiyatlanırlar. Britninin ətrafı onun qeyri-sabit davranışlarından təşvişə düşüb. "O, enerji verən dərman qəbul edir və getdikcə nəzarətdən çıxır. Bu dərmanlar onu stabilləşdirəcək dərmanlar deyil" - deyə yaxınlarından biri bildirib.
Ulduzun meneceri bir neçə ay əvvəl Los-Anceles bölgəsində bir ev kirayə götürüb. Meneceri Sem Əsgərinin iştirakı ilə həkimlər onu köməyə ehtiyacı olduğuna inandırmağa çalışıblar. Plan Britninin həm müalicə, həm də psixoloji məsləhət alarkən 2 ay kirayəlik evdə yaşaması idi. Lakin Britninin plandan xəbər tutması ilə bu ideya da puç olub.
Mənbələrə görə, Britni Spirs uzun təkidlərdən sonra həkimlə görüşməyə razılaşıb.