Uşaq qatili olan dərmanlar... - Millət vəkilindən SOS


"ÜST-ün baş direktorunun Hindistan dərmanları ilə bağlı xəbərdarlığı ciddi hadisədir. Beynəlxalq təşkilatın rəhbəri Tedros Adanom Qebreisusun dediyi tamamilə həqiqətə söykənir. Bu, Azərbaycan üçün ciddi həyəcan siqnalıdır" .


Bu fikirləri Bakupost.az -a Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, ölkəyə xeyli keyfiyyətsiz dərmanlar daxil olur:

"Hesab edirəm ki, bu gün Azərbaycana beynəlxalq standartlara cavab verməyən, yüksək keyfiyyəti olmayan dərmanlar da daxil olur. Müvafiq qurumların apardığı yoxlamalar zamanı dəfələrlə belə faktların şahidi olmuşuq. Bu günlərdə ÜST rəhbərinin belə bir müsahibə verməsi bir daha Azərbaycanda da dərmanlarla bağlı narahatlıqı yaradır. Tedros Adanom Qebreisus qısa cümlələrlə deyil, məhz bütün detalları ilə Hindistan dərmanlarının yaratdığı problemləri, hansı fəsadlar törədə biləcəyini açıq şəkildə izah edir. Ona görə də Azərbaycanda bu işdə cavabdeh olan qurumlar ölkəyə daxil olan Hindistan istehsalı dərmanlara nəzarəti daha da artırmalıdır. Eyni zamanda həmin dərmanlar mütləq ekspertizadan keçməlidir".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus Hindistan istehsallı dərman preparatları ilə bağlı xəbərdarlıq edib. O, Hindistan istehsallı dərman və siropların kəskin böyrək zədələnməsinə səbəb olduğunu deyib. ÜST rəhbəri bildirib ki, bu dərmanlardan istifadə Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu