Narkotik asılılığı ilə mübarizə aparan müğənni 6 gün yuxu yatmadı


Britaniyalı pop müğənni Robbi Uilyams narkotik və alkoqol asılılığı ilə mübarizə apararkən biləklərini kəsməyindən və altı gün yatmadığından danışıb.


Onun açıqlamasından "Daily Mail" sitat yayıb.

İfaçı psixi pozğunluqlardan əziyyət çəkdiyini etiraf edərək, psixi problemlərdə romantik nəsə tapanları da qınayıb: “Mənim kimi bıçaq götürüb bilək kəsməyin seksual heç nəyi yoxdur. Nə dediyimizə və necə dediyimizə diqqətli olmalıyıq”.

O, əlavə edib ki, “qara öd” qusmasına baxmayaraq, qeyri-qanuni maddələrdən və spirtli içkilərdən böyük dozalarda istifadə etməyə davam edib. Uilyamsın dediyinə görə, o, super gücə malik olduğuna əmin idi və buna görə də istifadə edilən istənilən miqdarda dərmanla həyatını xilas edə bilərdi.

Sənətçi bir dəfə düz 144 saat yatmadığını da etiraf edib. “Altı gün yatmadım”, - deyə musiqiçi bildirib.

Daha əvvəl ifaçı Robbi Uilyams diabet xəstələri üçün dərman qəbul edərək arıqladığını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu