Yamaykada onlarla uşaq narkotik tərkibli konfet yedikdən sonra xəstəxanaya yerləşdirilib
Yamaykada 60-dan çox ibtidai məktəb şagirdinin bilmədən tərkibində marixuana mənşəli narkotik olan konfet yedikdən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.
CNN-in məlumatına görə, 7-12 yaş arası ən azı 60 ibtidai məktəb şagirdi bilmədən tərkibində marixuana mənşəli narkotik maddələr olan konfet istehlak edib.
Təhsil və Gənclər naziri Fayval Uilyams açıqlamasında xəstəxanaya yerləşdirilən uşaqların səhhətinin kritik olmadığını bildirib. Nazir Uilyams X-dakı yazısında şəkərin uşaqların qusmasına və halüsinasiyaya səbəb olduğunu bildirib. Müalicə olunduqları xəstəxanada 60-dan çox uşağa baş çəkdiyini qeyd edən Uilyams konfetin fotosunu da paylaşıb. Williamsın paylaşdığı fotoda şirniyyat paketinin arxasında “Uşaqların əli çatmayan yerdə saxlayın” və “21 yaşdan aşağı olanların istifadəsi üçün istehsal olunmur” sözləri ilə hökumət xəbərdarlığının olduğu görünür.
ABŞ Qida və Dərman Administrasiyasının (FDA) saytında yer alan məlumata görə, məhsulun tərkibində Cannabis sativa adlı bitkidə aşkar edilən psixoaktiv və sərxoşedici təsirlərə səbəb olan "Delta-8 tetrahidrokannabinol" adlı kimyəvi komponentin olduğu bildirilir.