Körpələr evindəki uşaq döşəklərində 500 min insanı öldürə biləcək dərman tapılıb


Polis Nyu Yorkdakı uşaq bağçasında döşəyin altından bir kiloqram fentanil tapı. Məlumata görə, bir uşaq ölüb, daha üç uşaq isə xəstəxanaya yerləşdirilib.


Cəmi bir həftədir müəssisədə olan Nikolas Dominici cümə günü həddindən artıq dozada narkotik təsirindən vəfat edib. Digər üç uşaq gündüz baxımı zamanı güclü narkotikə məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Narkotik sui-qəsdi və adam öldürmə ittihamı ilə iki nəfərə qarşı cinayət işi açılıb.

Polis səkkiz aydan iki yaşa qədər olan uşaqların uşaq baxçasında fentanili inhalyasiya etdiklərinə inanır.

Üç uşağa həddindən artıq dozasını aradan qaldırmaq üçün istifadə edilən təcili dərman verilib.

Nyu York Polis Departamentinin baş detektivi Cozef Kenni bildirib ki, uşaq baxçasında axtarış zamanı "uşaqların əvvəllər yatdıqları döşəyin altından" bir funt fentanil aşkar edilib.

Axtarış qrupları tərəfindən kiloqramlarla narkotik maddənin qablaşdırılmasında istifadə edilən üç pres də aşkar edildiyi açıqlanıb.

Polis uşaq bağçasında tapılan narkotiklərin 500 min insanı öldürə biləcəyini bildirib.

Heroindən 50 dəfə güclü sintetik ağrıkəsici olan fentanilin ABŞ-da narkotikdən ölüm hallarının artmasında rolu yüksəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu