Əfsanəvi tennisçi Serena Uilyams ikinci dəfə ana olacaq


Karyerasında 23 böyük dəbilqə çempionluğu olan tennisin əfsanəvi adlarından biri Serena Uilyams ikinci övladını dünyaya gətirəcəyini açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur adların yer aldığı Nyu Yorkda keçirilən Met Gala tədbirinə həyat yoldaşı Aleksis Ohanyanla qatılan Uilyams qırmızı xalıda gedərkən mətbuata "İndi üçümüzü də vur" deyib.

TikTok sosial şəbəkəsində həyat yoldaşı ilə fotolarını paylaşan Uilyams qalanın təşkilatçılarından olan Anna Vintura təşəkkür edərək, "Üçümüzü Met Gala-ya dəvət etdiyiniz üçün çox həyəcanlıyıq" - deyib.

2017-ci ildə ilk övladı Olympianı dünyaya gətirən 41 yaşlı Uilyams keçən il "Vogue" jurnalına müsahibəsində tennisdən uzaqlaşıb ailəsi ilə daha çox vaxt keçirmək istədiyini demişdi.

Met Gala-ya qatılan məşhurlar arasında ötən il təqaüdə çıxan İsveçrəli əfsanəvi tennisçi Rocer Federer də olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu