Amerikalı turist kimi 193 ölkəyə səfər edib


ABŞ-dan olan bir adam dünyanın bütün ölkələrinə səfər edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, onun dünya turunda son nöqtə Türkmənistan olub. San Dieqodan olan Rendi Uilyams Türkmənistana dörd ildən sonra səfər edə bilib. Buna səbəb isə həmin ölkənin turistlər üçün qapalı qalması olub.

"Türkmənistan planetin ən sirli ölkələrindən biridir və ziyarətçilər üçün ən qapalı ölkələrdən biridir", - deyə Rendi Uilyams bu ölkə haqda danışarkən bildirib.

Hazırda Uilyams Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkənin hamısına, həmçinin Vatikana və Fələstinə səfər edib. O, həmçinin Kosovo, Qərbi Sahara və Tayvan da daxil olmaqla mübahisəli ərazilərdə dayanıb.

İndi Rendi növbəti rekordu haqqında düşünür. Adam zarafatla deyir ki, dünyanın bütün ölkələrini gəzdiyindən indi öz dövlətini qurmaq vaxtıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu