“Əti sənin, sümüyü mənim” məsəlinin yaranması tarixi


Azərbaycanda tez-tez rast gəldiyimiz “Əti sənin, sümüyü mənim” məsəli Şərqin bir çox bölgələrində istifadə edilir. Hətta orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri İbn Sinanın traktatında da oxşar ifadəyə rast gəlmək olur. Onun yanına şagird hazırlığına övladlarını gətirən valideyinlər bu ifadəni istifadə ediblər. Bu ifadənin mahiyyətində kimisə birinin tam ixtiyarına verməyi, etibar edib bütünlükdә ona həvalə etməyi vurğulamaq məqsədi durur.


Azərbaycan mütəfəkkirlərindən Nəcəf bəy Vəzirovun 1873-cü ildə “Əti sənin, sümüyü mənim” adlı ictimai-maarifçi məzmunlu əsəri də var.
Bu ifadənin yaranması isə Zərdüştlük ilə birbaşa bağlığı var. Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik Azərbaycan ərazisində yaranıb. Bu günlərdə Amerikadan əldə etdiyim “Avesta” əsərində (farsların müdaxilə etmədiyi) onun özü anadan olduğu şəhərin adının böyük göl yaxınlığında olan “İrevanc” olaraq qeyd edir. Əsəri digər yunan, roma və şərq alimlərinin dedikləri ilə müqayisə edib, coğrafi adları uyğunlaşdıranda hazırkı İrəvan şəhəri ətrafı olduğun müəyyən etmək olar. Bu başqa mövzudur, bəs bu deyimin onunla nə əlaqəsi ola bilər?
Zərdüşt etiqadında olanlar inanırdılar ki, həyatın əsasını təşkil edən od, su, torpaq və havadır. Onlar bu dörd ünsürü müqəddəs hesab edir, onların daim təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edirdilər. Ona görə də müqəddəs element olan torpağın çirklənməməsi üçün insan qalıqları qüllənin üstünə qoyularaq çalağanlara yem edilirdi. Sümüyü isə sonradan götürüb xüsusi daxmalarda, tikililərdə saxlayırdılar. Bu inanca görə ət çürüyüb torpağa zərər verirdi və eyni zamanda daxmalar cəsədlərin və onların mayelərinin yerə və suya dəyməsinin qarşısını almaq, bununla da torpaqla çayları çirkləndirməmək və xəstəliklərə yol verməmək üçün qurulmuşdur.
Ölü sahibi xüsusi kahinlərə meyidi təhvil verəndə “Əti sənin, sümüyü mənim” deyirdilər və quzğunlar tamamilə sümüyü ətdən ayırandan sonra onları toplayıb xüsusi daxmada saxlayırdılar. Məhz ifadə də bu etiqad və inancdan yaranıb.
XII əsr ərəb səyyahı Əl-Qərnati, tədqiqatçı K. E. Eduljin, şərqşünas Bartold və digərləri də bu faktı öz əsərlərində qeyt etmişlər.

Zaur Aliyev, dosent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu