Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! - İlham Əliyev



Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpaqlarımızda vuruşuruq. Bu gün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Ermənistan ordusunun Azərbaycan torpağında nə işi var?



AFN xəbər verir ki, bunu prezident İlham Əliyev xalqa müraciətində deyib: "Heç kəsə sirr deyil ki, "Dağlıq Qarabağ ordusunun" tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və qoyulacaq da. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu