ABŞ konqresmeni: "Baydenin impiçmenti üçün qətnamə layihəsi hazırlayacağam"


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı konqresmen Marcori Teylor Qrin Cozef Baydenin ABŞ prezidenti kimi ilk iş günündə impiçmentinə dair qətnamə layihəsini Konqresə təqdim etmək niyyətindədir.



“Report” xəbər verir ki, bunu “Hill” qəzeti yazıb.

“Amerika xalqı adından bəyan etmək istərdim ki, liderlərimizin məsuliyyətli olmasından əmin olmalıyıq. Səlahiyyətlərindən sui-istifadə etmək istəyən və xarici hökumətlərdən, Çinin və Ukraynanın enerji şirkətlərindən asanlıqla rüşvət ala bilən prezidentimiz ola bilməz. Ona görə də Cozef Baydenə qarşı impiçment maddələrinə müraciət edəcəyəm”, - konqresmen vurğulayıb.

Qəzet yazıb ki, M.T.Qrin təşəbbüsünü əsaslandırmaq üçün seçilmiş prezidentə qarşı hansı ittihamları irəli sürəcəyini açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu