Türkiyədə koronavirusa qarşı vaksinasiya olunanların sayı 1 milyonu ötüb


Türkiyədə koronavirusa qarşı vaksinasiya olunan şəxslərin sayı 1 milyon nəfəri ötüb.



Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə vaksinasiya artıq 7-ci gündür (yanvarın 14-dən) davam edir.

Məlumata əsasən, ilk növbədə Çin istehsalı olan CoronVac vaksinini ilə tibb işçiləri vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyəyə vaksinlərin birinci partiyası (3 milyon doza) dekabrın 30-da gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu