Albaniya Rusiya diplomatına ölkəni tərk etmək üçün 3 gün vaxt verdi


Albaniya hakimiyyəti Rusiyanın bu ölkədəki diplomatını "persona non-qrata" elan edib.



“Report” xəbər verir ki, bu barədə “Agency France-Presse” məlumat yayıb.

Albaniya hakimiyyətinin iddiasına görə, diplomat koronavirusla əlaqədar tətbiq edilmiş məhdudiyyətləri pozub.

"Aleksey Krivoşeev 72 saat ərzində ölkəni tərk etməlidir", - agentlik ölkənin Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirib.

Bununla birlikdə nazirlikdə qeyd edilir ki, Rusiya Federasiyası ilə dostluq münasibətlərinin gücləndirilməsinə cəhd edirlər. Xarici İşlər Nazirliyində Rusiyanın “bütün dünya üçün ağır dövrdə qəbul edilmiş" bu qərara anlayışla yanaşacağına ümid ifadə ediblər.

Albaniyanın xarici siyasət idarəsi Rusiya diplomatının məhz hansı qaydaları pozduğunu açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu