Şahzadə Filipin dəfn tarixi məlum oldu


İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi məlum olub.


“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Qeyd edilir ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək. Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Xatırladaq ki, daha əvvəl “The Mirror” Filipin son istəyi kimi dəfninin təmtəraqla keçirmək istəməməsi barədə məlumat yayıb.

"Şahzadə Filip dövlət dəfn mərasimini dövlət səviyyəsində keçirməmək arzusunu ifadə edib, baxmayaraq ki, kraliçanın əri idi və o, bu hüquqa malik idi. Bunun əvəzinə Vindzordakı Müqəddəs Georgi kilsəsində xüsusi xidmətlə hərbi dəfn təşkil ediləcək”, - deyə “The Mirror” bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu