​​​​​​​“Fitch” Ermənistanla əməkdaşlığı dayandırıb


“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistan hökuməti ilə əməkdaşlığa xitam verib.



"Report" agentliyə istinadən xəbər verir ki, bu addım qarşı tərəfin istəyi ilə atılıb.

Son nəticədə "Fitch" Ermənistanın paytaxtı İrəvana "B+" səviyyəsində verdiyi, uzunmüddətli xarici və yerli valyutada defolt reytinqini (IDR) geri çağırıb.

Agentlik bundan sonra kifayət qədər məlumat əldə edə bilmədiyinə görə İrəvan üçün qiymətləndirmə apara bilməyəcək. Xatırladaq ki, "Fitch" sonuncu dəfə bu ilin oktyabr ayında şəhərin reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinə endirmiş, reytinq üzrə proqnozu isə “Sabit” saxlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu