XİN rəhbərlərinin Moskva görüşü başladı -


Hazırda Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.



Qaynarinfo "RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə keçirilir.

13.00

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu