Sabirabadda karantini pozan çayxana sahibi cərimələndi


Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Şıx Salahlı kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 19 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu