Bakıda fərdi yaşayış evində yanğın başlayıb


Bakıda evdə yanğın baş verib.



Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu