Qazzayev: "Kramarenkonun Azərbaycan millisində işləməsi problem olmayacaq"


"Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyıram. Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi".



"Report"un məlumatına görə, bu sözləri Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun Moskva klubuna keçidi barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, təcrübəli məşqçinin təyinatını yüksək qiymətləndirir: "Dmitri İqor Akinfeyevlə yaxşı tanışdır. Hesab edirəm ki, onları uğurlu birgə fəaliyyət gözləyir. Aralarında əlaqənin olması vacibdir. Düşünürəm ki, bu birlik MOİK-in xeyrinə işləyəcək. Qonçarenko ilə işləyə biləcəkmi? Kramarenkonu kluba dəvət ediblərsə, şübhəsiz ki, burada baş məşqçinin də rəyi olub. Axı, o da komandaya yaxşı mütəxəssisin gəlişində maraqlıdır".

47 yaşlı məşqçinin eyni zamanda həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala da cavab verən Qazzayev bu məsələnin klub rəhbərliyi ilə məşqçilər heyəti arasında müzakirə olunacağını söyləyib: "Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko 1 həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar. Məncə, həlledilməz problem olmayacaq".

Qeyd edək ki, Dmitri Kramarenko MOİK-lə bu ilin mayınadək müqavilə imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu