Rusiyanın tanınmış qapıçısı Dövlət Dumasına namizəd oldu


Rusiyanın MOİK klubunun qapıçısı İqor Akinfeyev Dövlət Dumasına seçkilər üçün namizədlər siyahısına daxil edilib.


"Report" yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı təcrübəli qolkiperin namizədliyi Vahid Rusiya Partiyasından irəli sürülüb.

Seçkilər 19 sentyabr 2021-ci ilə təyin edilib.

Qeyd edək ki, İqor Akinfeyev 2020/2021 mövsümündə MOİK forması ilə 25 oyuna çıxıb və eyni sayda qol buraxıb. Akinfeyev 2004 - 2018-ci illərdə Rusiya yığmasının da şərəfini qoruyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu